Əhməd Davudoğlu: “Bəşər Əsədə yalvardıq”

Əhməd Davudoğlu: “Bəşər Əsədə yalvardıq”

davudoglu.jpg

Türkiyənin baş naziri Əhməd Davudoğlu 24 TV kanalında qatıldığı canlı yayımda jurnalistlərin suallarını cavablandırıb.

 

Modern.az saytının məlumatına görə hökumət başçısı bildirib ki, ABŞ-ın İraqda qoyduğu silahlar İraq Şam İslam Dövləti (İŞİD-indiki adı isə “İslam dövləti”) adlı terror təşkilatının əlinə keçib.

Türkiyənin İŞİD-lə bağlı siyasətindən danışan baş nazir qeyd edib ki, ilk növbədə Suriya münaqişəsi həll olunmalıdır. “Suriya böhranı nəzarət altına alınmasa, bu bölgədə çox ciddi kataklizmlər olacaq. Biz bu sözləri dəfələrlə Suriya rəhbəri Bəşər Əsədə də demişik. Amma o bizi, anlamadı, dinləmədi. Biz ona az qala yalvardıq ki, heç olmasa, islahatlar aparsın. Lakin yenə sözümüzə qulaq asmadı. Biz də başqa ölkələrə bu barədə mövqeyimizi bildirdik”,-deyə Əhməd Davudoğlu bildirib.

Türkiyənin yeni hökumət başçısı ABŞ-ın bölgə siyasətinə də toxunub. Onun sözlərinə görə ABŞ-ın Yaxın Şərqlə bağlı strategiyası əhəmiyyətli olsa da, siyasi sabitliyi təmin etmək üçün kifayət deyil.

Əhməd Davudoğlu Ciddə sessiyasında Türkiyənin İŞİD-lə bağlı koalisiyanın yekun sənədinə imza atmamasını da dəyərləndirib: “ABŞ-ın nə istədiyi bəllidirsə, bizim də o sənədə niyə imza atmadığımız aydındır. İŞİD girovluğunda olan ABŞ vətəndaşlarının qohumları, dostları və Amerika cəmiyyəti bunu gündəmə gətirməyib və Ağ Evi bu barədə açıqlama verməyə təkid etməyib. Mən ABŞ tərəfinə mətbuat azadlığı və tənqidin xüsusi çərçivələr əsasında haqq olduğunu çatdırmışam. Amerika jurnalistləri təxminən 2 ildir ki, girovluqdadır. Onların jurnalist dostları isə həmkarlarının girovluqda olduğunu yazmadılar və bunu gündəmə gətirmədilər. Həmçinin onlar, 2 jurnalistin İŞİD tərəfindən edam edilməsinə baxmayaraq ABŞ rəhbərliyini açıqlama verməyə məcbur etmirlər. Lakin bizi İŞİD-in əlində olan türk vətəndaşları ilə bağlı 3 aydır ki, açıqlama verməyə məcbur edirlər. Hələ keçmiş diplomatlardan biri də məsuliyyətsiz bəyanatları ilə bunu tez-tez gündəmə gətirir”,-deyə baş naziri qeyd edib.

 

COMMENTS