“Əhməd Davudoğludan dərs almalıyam”

ABŞ-ın vitse-prezidenti Cozef Bayden Türkiyədə səfərdədir. ABŞ rəsmisi Dolmabaxça sarayında Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə birgə mətbuat konfransı keçirib.

 

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, mətbuat konfransında Cozef Bayden zarafatından qalmayıb:

“Ən son baş naziri görəndə o xarici işlər naziri idi. O daha yüksək posta keçdi, amma mən hələ də prezidentin müaviniyəm. Bu məsələdə Davudoğludan dərs almalıyam”,-deyən Cozef Baydenin bu ifadələrini Əhməd Davudoğlu gülüşlə qarşılayıb.

Qeyd edək ki, Cozef Bayden bundan əvvəl Kiyevdə olub.

COMMENTS