Əhmədlidə avtomobil 20 yaşlı qızı vurdu

Əhmədlidə avtomobil 20 yaşlı qızı vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Əsgərova Zərifə yolu keçərkən naməlum avtomobil onu vurub.

Ağır bədən xəsarəti alan piyada dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda xəstə həkimlərin nəzarətinə götürülüb.

DOSYE.ORG

COMMENTS