Əlcəzairdə dəhşətli təyyarə qəzası – Ölən hərbçi sayı 257-ə çatdı/ YENİLƏNİB-2

Əlcəzairdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Dosye.org xəbər verir ki, Əlcəzair Dövlət Televiziyası qəza nəticəsində 257 hərbçinin öldüyü barədə məlumat yayıb.

Əlcəzair Müdafiə Nazirliyi qəza xəbərini təsdiqləsə də, ölənlərin sayı ilə bağlı hər hansı açıqlama verməyib.

***

13:17

Əlcəzairdə qəzaya uğrayan təyyarə Rusiya istehsalı olan “İl-76” hərbi-nəqliyyat vasitəsi olub.

Dosye.org Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza təyyarənin Əlcəzairin Bufarik hərbi bazasının aerodromundan uçuş etdikdən sonra olub.

Təyyarənin qəzaya uğraması nəticəsində 200-dən çox hərbçi ölüb.

12:33

Əlcəzairdə hərbi təyyarə qəzaya uğrayıb.

Dosye.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün Bufarik hava limanı yaxınlığında baş verib.

Məlumata görə, təyyarədə azı 100 nəfər olub.

Ölü və yaralı sayə hələ açıqlanmayıb.

Qəzanın səbəbi araşdırılır.

Dosye.org

COMMENTS