Əliyev-Sərkisyan görüşünün detalları bəlli oldu

Əliyev-Sərkisyan görüşünün detalları bəlli oldu

bir.jpg

Azərbaycan Prezidenti İham Əliyev və Ermənistan Prezidenti Serj Sərkisyan arasında keçirilən görüşün detalları məlum olub.

 

Axar.az “Rosbalt.ru”ya istinadən xəbər verir ki, tərəflər konfliktin həlli istiqamətində mümkün variantları müzakirə ediblər. İlham Əliyev və Serj Sərksiyan Dağlıq Qarabağ konfliktinin nizama salınması üçün böyük sülh razılaşmasına ehtiyac olduğu qənaətinə gəliblər.

Prezidentlərin təkbətək görüşündən sonra ATƏT-in Minsk Qrupunun iştirakı ilə prezidentlərin görüşü keçirilib.

Qeyd edək ki, bu gün əvvəlcə İlham Əliyev Yelisey sarayında Fransa Prezidenti Fransua Ollandla görüşmüşdü. Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, energetika sahəsində əlaqələrin genişləndirilməsi, hərbi, təhsil sahələri və metro tikintisi kimi məsələlər müzakirə edilib.

COMMENTS