Əməkdar artist cəbhəyə yola düşdü

Əməkdar artist cəbhəyə yola düşdü

“Mən Qarabağlıyam, 30 ildir ki, vətənimin işğaldan azad olunmasını gözləyirəm. Hər birimizin borcudur ki, vətənimizi, torpağımızı, millətimizi qoruyaq. Azərbaycan xalqı həqiqətən də yumruq kimi cənab ali baş komandanın ətrafında birləşib. Ehtiyyatda olan bir əsgər kimi mən də hər an döyüşə hazıram”
Bu sözləri əməkdar artist Babək Niftəliyev Moderator.Az-a açıqlamasında bildirib. O həmçinin 2 gündür cəbhəyə yola düşdüyünü, bir qrup insanlarla könüllü olaraq əsgərlərə ərzaq və geyim apardığını da bildirib.
Əməkdar artist həmçinin Tovuz döyüşlərində qəhrəmancasına həlak olan şəhidimiz, general Polad Həşimovun xatirəsini də klipində əbədiləşdirdiyini bildirib:
“ General Polad Həşimova aid klip çəkdirmişəm. Artıq klip montaj olunur. İnşallah bu günlərdə klipimi tamaşaçıların ixtiyarına verəcəyəm. İnanıram ki, bütün şəhidlərimizin ruhu indi şaddır” deyə əməkdar artist bildirib.
DOSYE.ORG

COMMENTS