“Əmlak kralı” necə icra başçısı oldu?- Cəlilabaddan xəbər var

“Əmlak kralı” necə icra başçısı oldu?- Cəlilabaddan xəbər var

Cəlilabad ryonunda vəziyyət heç də ürəkaçan deyil.

Bu barədə dosye.org-a məlumat verən mənbə vurğulayır ki, bir müddət təyin olunan icra başçısı Rafiq Cəlilov format xarakterli işlə güya Qarabağ qaziləri və şəhid ailələrini qəbul edir, onların problemlərini dinləyir və bu istiqamətdə işlər görür. Xatırlayırsınızsa icra başçısı R. Cəlilov haqqında tənqidi məqalə yazarkən bildirmişdik ki, bu şəxs Əmlak Məsələləri Üzrə Dövlət Komitəsində sədr müzvini işləyərkən, özünü isbatlamış, təmənnasız heç bir iş görməmişdir. Çıxarışların satışı, eyni zamanda “Əmlak kralı” adı ilə tanınmış şəxsdir və s…

Yəni, belə bir məmurun rayona rəhbər təyin edilməsinə öz münasibətimizi bildirmişdik. Ənənəmizə sadiq qalaraq bir daha diqqətinizə çatdırırıq ki, Cəlilabad RİH başçısı Rafiq Cəlilov öz işini icra edə bilmir və rayon sakinlərinin üst-üstə toplanan problemlərini daha da artırır. Əslində, ölkə başçısı cənab İlham Əliyev şəxsən Rafiq Cəlilovu tanımayıb və şəxsi münasibətlərinin olmadığını söyləyə bilərik.

Deməli, prezidentə R. Cəlilovun təqdimatını ötürən məmur bir növ dövlət başçısına kələk gəlib. Etibarlı mənbənin sözlərinə görə, Cəlilabada icra başçısını məhz Kərəm Həsənov məsləhət görüb. Görünür, K. Həsənov hələ də Cəlilabad rayonu öz nəzarətində saxlamağı bacarıb.

Dosye.org olaraq bildiririk ki, Vətən müharibəsində iştirak edən Qəhrəman igidlərin sosial problemləri həllini tapmır ki, tapmır. Rayon sakinləri üçün kimin icra başçısı olacağı bir o qədər fərq etmirdi. Sadə vətəndaşların tək amalı isə bəzi problemlərin həll olunmasıdır. Lakin onu da qeyd edək ki, Cəlilabad rayonu başçı sarıdan heç bir zaman bəxti gətirməyib. Arzu edək ki, məqalə yayımlandıqdan sonra PA-dan məsələyə ciddi münasibət bildiriləcək.

Araşdırmalarımıəz davam edir.

DOSYE.ORG

COMMENTS