Ər hamilə arvadının bətnindəki körpəni bıçaqla öldürdü – Azərbaycanda dəhşət

Ər hamilə arvadının bətnindəki körpəni bıçaqla öldürdü – Azərbaycanda dəhşət

Abşeron rayonu, Fatmayi qəsəbəsində hamilə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Dosye.org ONA-ya istinadən xəbər verir ki, 19 yaşlı Fatmayi qəsəbə sakini Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə, bədəninin müxtəlif hissələrində çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Cərrahi əməliyyat zamanı müəyyən edilib ki, bıçaq zərbələri daha çox qadının qarnına dəydiyindən, onun bətnindəki qız uşağı tələf olub. Ananın vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

Məlumata görə, S.Atababayeva valideynlərinin təkidi ilə ərə verilib. Onun hadisə vaxtı 8 aylıq hamilə olduğu bildirilir.

Fakt polis tərəfindən araşdırılır, hadisənin motivi məlum deyil.

DOSYE.ORG

COMMENTS