Ər-Riyadda yoxa çıxan prezident tapıldı

Qabon Prezidenti Əli Bonqo 40 gün sonra ilk dəfə görüntülənib.

Dosye.org xəbər verir ki, Səudiyyə Ərəbistanına səfər edən və daha sonra yoxa çıxan Bonqo Mərakeş Kralı VI Məhəmmədlə Rabatda qarşılıqlı oturub söhbətləşərkən görüntülənib.

Qabon və Mərakeş mediasının məlumatlarına əsasən, kral Rabatda hərbi xəstəxanada 29 noyabrdan müalicə alan Bonqonu ziyarət edib.

Qeyd edək ki, Qabon dövlət başçısı Əli Bonqo Ondimba Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanla birgə konfransa qatılmaq üçün oktyabrın 24-də Ər-Riyada səfər edib. Həmin gündən bu vaxta qədər Ondimbadan xəbər alınmaması onun Ər-Riyadda öldürülməsi barədə məlumatların yayılmasına səbəb olub.

Bonqonun səlahiyyətlərini qismən köməkçisi Pier Klaver Maqanqa həyata keçirir.

Dosye.org

COMMENTS