Ərdoğan Azərbaycana səfər öncəsi açıqlama verdi

Bu gün Azərbaycana səfər edəcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfər öncəsi hava limanında yerli mətbuata açıqlamalar verib.

Dosye.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Ərdoğan prezident postuna çıxdıqdan sonar ikinci xarici səfərini Azərbaycana etdiyini xatırladıb.

 

Esenboğa hava limanında jurnalistlərin suallarını cavablandıran dövlət başçısı Azərbaycanın Türkiyənin qədim dostu olduğunu bildirib və iki ölkə arasındakı ortaq investisiyalara diqqət çəkib.

 

Ərdoğan Azərbaycan səfərindən sonra NATO ittifaqı çərçivəsində baş tutacaq Ukraynadakı və Türkiyə sərhədindəki proseslərlə bağlı tədbirə qatılacağını qeyd edib.

 

Prezident həmçinin TANAP və Bakı-Tiflis-Qars dəmiryolu xəttinin tezliklə istifadə verilməsini hədəflədiklərini vurğulayıb.

COMMENTS