Ərdoğan Hataya getdi – Onu Baxçalı müşayiət edir

Ərdoğan Hataya getdi – Onu Baxçalı müşayiət edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da baş verən zəlzələdən zərər çəkən Hatay şəhərinə gedib.

Səfərdə Ərdoğanı MHP sədri Dövlət Baxçalı müşayiət edir.

Bölgədəki Kırıkhan Stadionunun yanındakı çadır şəhərciyi ziyarət edəcək Ərdoğanın Samandağda muxtarlar və ictimaiyyət nümayəndələri ilə görüş keçirəcəyi gözlənilir. Prezident Ərdoğanın Antakyadakı Qətərdən gələn konteynerlərin quraşdırıldığı əraziyə və Defnedəki konteyner sahə xəstəxanasına da baş çəkəcəyi bildirilir.

DOSYE.ORG

COMMENTS