Ərdoğan iki variant sınayacaq və seçkiyə qərar verəcək

Davudoğlunun cəhdləri uğursuz olacağı təqdirdə Ərdoğan bu vəzifəni Kamal Kılıçdaroğluna verəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın əməkdaşları və hüquqşünaslarla koalisiya vəzifəsinin verilməsi barədə tarixi müzakirə ediblər. ANS PRESS-in yerli “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ölkə prezidenti bunun üçün qanunvericiliyin tələblərinə riayət edəcək. Belə ki, Ərdoğan ilkin olaraq seçkidə ən çox səs toplamış partiyanın – AKP-nin sədri Əhməd Davudoğlunu hökuməti qurmaqla vəzifələndirəcək. Davudoğlunun cəhdləri uğursuz olacağı təqdirdə Ərdoğan bu vəzifəni seçkinin ikinci partiyası – CHP-nin sədri Kamal Kılıçdaroğluna verəcək.

Bildirilir ki, hər iki partiyanın bu istiqamətdə göstərəcəkləri cəhdlərdən nəticə hasil olmasa ölkə prezidenti üçüncü bir yol sınamadan Türkiyədə vaxtından əvvəl parlament seçkisi elan etməyi planlaşdırır.

Hüquqşünaslarla aparılan müzakirələr vaxtı vaxtından əvvəl seçkinin bu ilin noyabrında keçirilməsi təklif olunsa da Ərdoğanın bu tarixi gələn ilin aprel və may ayları üçün düşündüyü bildirilir.

COMMENTS