Ərdoğan: “Türkiyənin İŞİD-dən neft alması barədə məlumatlar yalandır”

Ərdoğan: “Türkiyənin İŞİD-dən neft alması barədə məlumatlar yalandır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ərəb ölkələrinin təzyiqi ilə Qətərdən çıxarılması gözlənilən “Müsəlman qardaşları” liderlərinin Türkiyədə sığınacaq tapa biləcəyini istisna etməyib.

 

Dosye.org “Reuters”ə istinadən verdiyi məlumata görə, Ərdoğan qeyd edib ki, müraciət olsa, baxıldıqdan sonra qərar veriləcək.

“Həmin adamlarla bağlı problemin olub-olmadığı araşdırılmalıdır. Əgər hər hansı problem yoxdursa, bütün əcnəbilər Türkiyədə necə qonaq olurlarsa, onlar da gələ bilərlər”, – deyə o qeyd edib.

Prezident, həmçinin Türkiyənin “İslam dövləti”ndən neft alması barədə məlumatları şərh edib: “Belə bir şey ola bilməz. Yalandır. Əgər kimsə qeyri-leqal yolla İŞİD-dən neft alıbsa, biz bunu istisna etmirik. Lakin dövlətin onlarla heç bir əməkdaşlığı yoxdur”.

COMMENTS