Ərdoğandan Obamaya xəbərdarlıq: “Bağdada silah vermə”

ABŞ prezidenti Barak Obama ilə 17 aydan sonra bir araya gələn Türkiyə prezidenti Ərdoğan arasında gərgin görüş olub.

Dosye.az Axar.az-a istinadən xəbər verir ki, görüş zamanı Ərdoğan Obamaya xəbərdarlıq edərək ABŞ-ın İraqa silah göndərməsinin çox pis nəticələri olacağını deyib.

Ərdoğan “Buradan buraxılan silahlar bu gün İŞİD-in əlindədir”, -deyə, qeyd edərək silahların İraq ordusunun yox, İŞİD-in işinə yarayacağını qeyd edib.

Eyni zamanda Ərdoğan Türkiyənin proseslərdən kənarda qalmadığını, hadisələrin qulağının dibində olduğunu bildirib:

“Silahlardan bizə qarşı istifadə oluna bilər. Belə olan halda bölgədə məzhəb qarşıdurmaları qızışacaq”.

Türkiyənin İraqda yaradılacaq “Könüllülər koalisiyası”na müsbət baxmadığını söyləyən Ərdoğan koalisiya deyil, ittifaq qurulmasını təklif edib: “Koalisiya deyil, ittifaq qurulmalıdır. Yaradılacaq koalisiyanın Bağdad rəhbərliyinə silah verməsinə qarşıyıq. İŞİD-ə qarşı yaradılacaq koalisiya Əsədi gücləndirə bilər. Bunun nəticəsində İŞİD-in əlində olan vətəndaşlarımız da zərər görə bilər. Vətəndaşlarımızın amerikalı jurnalistlər kimi öldürülməsini istəmirik. Bizi bu mövzuda anlamanızı gözləyirik”.

COMMENTS