Ərdoğandan Yunanıstana başsağlığı

Ərdoğandan Yunanıstana başsağlığı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana baş sağlığı verib.

Modern.az xəbər verir ki, bu barədə “TRTHaber” kanalı məlumat yayıb.

O, qatar qəzası ilə bağlı Yunanıstan Prezidenti Katerina Sakellaropoulou və Baş naziri Kiryakos Miçotakisə göndərdiyi məktubda hadisədən dərin kədər hissi keçirdiyini bildirib, qəzada həyatını itirənlərə görə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Qeyd edək ki, Yunanıstanın mərkəzində 36 nəfərin ölümü ilə nəticələnən qatar qəzası baş verib. Hadisə nəticəsində 85 nəfər yaralanıb.

COMMENTS