Əsgərlik yoldaşını söyüş üstündə öldürdü və…

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Zamin Məcidlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirlib.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Azad Məcidov sədrlik edib. Təqsirləndirilən şəxs ona relan olunmuş ittihamla özünü təqsirli bilib.

Məhkəmədə Zamin Məcidlinin anası Adilə Əzizova ifadə verib. O, ifadəsində mərhum Nurlan Xudiyevi tanıdığını, sonuncunun bur neçə dəfə onlara gəldiyini bildirib.

Qeyd edək ki, qətl hadisəsi Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini Zamin Məcidli 12 iyul, 2014-cü ildə həmyaşıdı olan Salyan rayon sakini Nurlan Xudiyevi bıçaqlayaraq öldürüb.

Zamin Məcidli şübhəli şəxs qismində dindirilərkən törətmiş olduğu cinayəti etiraf edib. O, bıçağı və Nurlan Xudiyevin üzərində olan fotoşəkilləri yaşadığı evin həyətində basdırıb.

İstintaq araşdırması zamanı hadisənin söyüş üstündə baş verdiyi məlum olub. Hadisə zamanı Nurlan Xudiyev dostu olan Zamin Məcidlinin söyüb. Onun söyüşlərindən əsəbliəşən Zamin Məcidli bıçağa əl atıb.

Zamin Məcidli və Nurlan Xudiyev bir yerdə hərbi xidmətdə olublar.

COMMENTS