Əsirlərimizə hansı işgəncələr verilib? – AÇIQLAMA

Əsirlərimizə hansı işgəncələr verilib? – AÇIQLAMA

“Xocavənd rayonun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıq erməni hərbi cinayətlərin növbəti təzahürüdür”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat vurğulaylb ki,  torpaqlarımızı işğal etdiyi son 30 ildə ermənilər azərbaycanlılara qarşı etnik təmizlənmə siyasəti aparmış, soyqırımlar törətmiş, insanlığa məxsus olmayan hərəkətlər etmişdir.

“12 nəfərin bir yerdə basdırıldığı kütləvi məzarlıqda üzə çıxmış insan skeletlərində də ağır işgəncələr verməklə  qətlə yetirildiyi açıq şəkildə görünür. Hesab edirəm ki, işğaldan azad etdiyimiz ərazilərdə  torpaq işləri görüldükcə erməni vəhşilklərin növbəti nəticələri yenə də üzə çıxacaqdır. Çünki, Birinci Qarabağ müharibəsində itkin hesab olunan  4 minə yaxın azərbaycanlının taleyi haqqında hələ də bir məlumatlmız yoxdur və Ermənistan da bizə bu məlumatların verilməsindən boyun qaçırır”.

Deputat hesab edir ki, itikin düşdüyü hesab etdiyimiz bu insanların bir hissəsi başqa yerlərdə də ermənilər tərəfindən qətlə yetirilərək, kütləvi şəkildə basdırılmışdır.

“Müəyyən hissəsinin  də orqanlarını çıxararaq  satmışdır. Ona görə də, Ermənistanın adı orqan satışı ilə məşğul olan ölkələrin siyahısında birinci yerdədir. Ermənilərin bu vəhşi hərəkətləri Cenevrə Konvensiyasına və digər beynəlxalq hüquqi sənədlərə məhəl qoymamasının göstəricisidir. Biz Edilli kəndində aşkar olunmuş kütləvi məzarlığı beynəlxalq auditoriyanın diqqətinə daha geniş çatdırmalıyıq. Dünya ictimaiyyəti ermənilərin vəhşi və qəddarlığı haqqında daha geniş məlumatlanmalıdırlar. Artıa cinayətkarlar öz layiqli cavablarını almalıdırlar”.

COMMENTS