Əyyub Əyyubov Mingəçevirdə söz sahibidir

Turizm Kollecinin direktoru siyasi mühacirlərlə əlaqələrini saxlamaqdır

 

Professor, iqtisad elmləri doktoru Əyyub Əyyubovun öz ailə biznesinə çevirdiyi Mingəçevir Turizm Kollecinin beynəlxalq əlaqələrindən söz düşəndə haqlı olaraq heç olaraq heç kəsin ağlına belə gəlmir ki, xaricdən kimsə gəlib bu müəssisənin hansısa müsbət təcrübə əxz edə bilər. Elə Fransanın Trenobl Akademiyasının eksperti Kristian Jali və Temnus layihəsinin baş koordinatoru Jak Noel də Mingəçevir Turizm Kollecinə qonaq gələndə öz təcrübələrini gətirirlər. Elə cənab Əyyubov da vaxtaşırı Fransada səfərdə olur. Bu ezamiyyətlər ona həm də dostu Elşad Abdullayevlə ünsiyyətdə olmaq imkanı verir.

Əyyubov dostluqda sədaqətli adamdır. O, sabiq ABU rektorundan gördüyü yaxşılıqları heç vaxt unuda bilməz. O da unutsa, həyat yoldaşı Məmmədova Xanım müəllimə unudan deyil. Çünki kollec direktorunun arvadı vaxtilə Beynəlxalq Universitetdə Elşad müəllimənin rəhbərliyi altında işləyib və rektordan görüb-götürdüyü korrupsiya təcrübəsini kollecdə tətbiq etməklə ərinə köməklik göstərir. Bu fakt da diqqəti çəkir ki, kollecdə işləyənlər arasında ABU-nun məzunları xüsusi çəki təşkil edirlər.
Yeri gəlmişkən xatırladaq ki, Əyyubov idarə etdiyi kollecdə həyat yoldaşından əlavə qardaş-bacılarını, onların övladlarını və digər qohumlarını da işə götürüb, bir sözlə, ailə podratı qurub. Onlarsa kolleci sözün əsl mənasında bazara çeviriblər.
Əyyubovun kollecində rüşvət əsas meyardır. Burada təhsil yox, diplom satılır. Hərçənd, Əyyubovun gəlirləri təkcə diplom satışından formalaşmır. Direktor tender qanunsuzluqlarına əl atmaqla da xeyli haram qazanc əldə edir. Bunun təsdiqi kimi təkcə bir faktı sadalamaq kifayətdir ki, avadanlıqların, dəftərxana ləvazimatlarının, təsərrüfat hallarının, digər alış və xidmətlərin satın alınması üzrə keçirilmiş kimi göstərilən tenderlərin hamısının qalibi kimi qutudan həmişə “Qrant-2008” MMC-nin adı çıxır. Hətta kollecin cari təmir işlərinin də bu müəssisə tərəfindən aparılması bu əlaqələrdə büdcə mənimsəmələrinin olduğunu düşünməyə əsas verir.
Onu da qeyd etməyə dəyər ki, Ə.Əyyubovun siyasi mühacirlərdən orientasiyasının şübhəli olmasını ortaya qoyan fakt təkcə onun E.Abdullayevlə hələ də münasibət saxlamasından ibarət deyil. Bildirilir ki, Əyyubovun vaxtilə, dövlət çevrilişinə cəhd etmiş Cavadov qardaşları ilə sıcaq münasibətləri varmış. Məlumata görə, Əyyubov hazırda Avstriyada siyasi mühacir həyatı yaşayan Mahir Cavadovla da əlaqə saxlamaqdadır.
Gerçəklik bundan ibarətdir ki, Mingəçevir Turizm Kolleci qarşısında duran əsas vəzifəni – iqtisadiyyatımızın inkişafı üçün ən perspektivli sahə hesab olunan turizm sənayesi üçün hərtərəfli bacarıqlı mütəxəssisləri hazırlamaq vəzifəsinin öhdəsindən gələ bilmir. Kollecdə təhsil inizamına riayət olunmur. Əyyub müəllimin tələbələri kolleci bitirdikdən sonra iş tapmaq üçün üz tutduqları müəssisələrdə məmnunluqla qarşılanmırlar.

Sözardı: Ə.Əyyubov haqqında aktivinə yazılacaq informasiya axtaranda internetdə adamın qarşısına onun Mingəçevir ziyalıları adından ölkə prezidentinə yazdığı minnətdarlıq müraciəti çıxır. Qəribədir, şəhər təhsilini bərbad günə, gəncliyin gələcəyini kor qoyan birisi ziyalılar adından danışmağa cəsarət edir. Görəsən, öu ixtiyarı ona kim verib?

COMMENTS