
Video iyulun 16-da internetə yerləşdirilib. Əsir götürülən adam bildirir ki, Suriya ordusunda zabitdir.
İngiltərədə mənzillənən Suriya İnsan Haqları Müşahidəsi təşkilatı onun Palmira şəhəri yaxınlığında yaraqlıların əlinə keçdiyini deyir. Əlində bıçaq olan uşaq əsirin arxasına keçir və saçından tutaraq başını geri dartır. Bu ayın əvvəllərində də yaraqlılar yenə bir video paylaşmışdılar. Həmin görüntülərdə də sıraya düzülən 25 Suriya əsgərini azyaşlı oğlan güllələyir. İyulun 16-da yayımlanan videoyazıda yaraqlılardan biri deyir ki, onların hədəfi İsrailin paytaxtı və və Romanı ələ keçirməkdir. (Azadliq.org)
COMMENTS