101 yaşlı nepallı dağıntılardan sağ çıxdı

101 yaşlı nepallı dağıntılardan sağ çıxdı

“Evlərinin böyük əksəriyyətinin uçduğunu bildiyimiz, amma heç cür tapa bilmədiyimiz çox sayda kənd və qəsəbə var”
Nepalda baş vermiş 7.8 ballıq zəlzələdən 1 həftə keçdikdən sonra 101 yaşlı kişi dağıntıların altından sağ çıxarılıb. ANS PRESS-in məlumatına görə, uçmuş evinin altında qalan Funçu Tamanq şənbə günü xilas edilərək helikopterlə xəstəxanaya çatdırılıb. Şiddətli zəlzələ nəticəsində Tamanqın sadəcə ayaq biləyində və əllərində yüngül xəsarətlər meydana gəlib.

101 yaşlı qocanın dağıntılardan sağ çıxması sevinclə qarşılansa da bölgədə zəlzələ səbəbindən ölənlərin sayı hər gün çoxalır. Ən son rəsmi açıqlamalara görə, zəlzələ nəticəsində ölənlərin sayı 7 200-ü keçib. Bu rəqəmin 10 000-dən çox olacağı istisna olunmur.

Maliyyə naziri Ram Şaran Mahat isə bildirib ki, axtarış-xilasetmə dəstələri dağlıq ərazilərə çatanda ölü sayı sürətlə çoxalacaq. “Evlərinin böyük əksəriyyətinin uçduğunu bildiyimiz, amma heç cür tapa bilmədiyimiz çox sayda kənd və qəsəbə var” – deyən nazir avtoşokların hələ də davam etdiyini bildirib.

COMMENTS