Top.Mail.Ru

102 saylı dairədə Valeh Ələsgərovu kim əvəzləyəcək? – Milli Məclisdə işləyir…

102 saylı dairədə Valeh Ələsgərovu kim əvəzləyəcək? – Milli Məclisdə işləyir…

102 saylı Samux-Şəmkir Seçki Dairəsindən V çağırış Azərbaycan Milli Məclisinin deputatı, vitse-spiker Valeh Ələsgərov növbədənkənar parlament seçkilərinə qatılmayıb. Buna səbəb V. Ələsgərovun Prezident İlham Əliyev tərəfindən ötən ilin noyabr ayının 25-də Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilməsidir.

Yeni Azərbaycan Partiyası (YAP) V.Ələsgərovun dairəsindən yeni namizəd irəli sürüb. MSK-nın informasiya bazasında yerləşdirilən məlumata görə, Milli Məclis Aparatının Hərbi və qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov hakim partiyanın rəsmi namizədidir.

Həmin dairədən cəmi 7 nəfərin namizədliyi qeydə alınıb ki, onların əksəriyyəti yerli icra qurumlarının və təhsil müəssisələrinin əməkdaşlarıdır.

DSK-nın siyahısından belə nəticə çıxarmaq olar ki, YAP-ın namizədinin ciddi rəqibi yoxdur.

DOSYE.ORG

COMMENTS