Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Fransada keçiriləcək Suriyanın dostları qrupunun toplantısına dəvət edilmədiklərini açıqlayıb.
Avropa.info xəbər verir ki, Lavrov 11 ölkənin iştirak edəcəyi tədbirdə dəvət edilməmələri səbəbindən iştirak etməyəcəklərini deyib.
Qeyd edək ki, toplantıda Türkiyəni xarici işlər naziri Firudin Sinirlioğlu təmsil edəcək. ABŞ, İngiltərə, Fransa, İtaliya, Almaniya, Misir, BƏƏ, Qətər, İordaniya və Səudiyyə ərəbistanı kimi ölkələrin xarici işlər nazirləri da toplantıya qatılacaq.
COMMENTS