11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə bağlı məlumat DEZİNFORMASİYADIR

11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə bağlı məlumat DEZİNFORMASİYADIR

Xəbər saytlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə bağlı məlumatlar demək olar ki, bu gün gündəmə çevrilib.

Əslində, bu cür məlumatlar, daha dəqiq desək, mənbəyi məlum olmayan “etibarlı mənbə”nin məqsədi ölkə də dövlətə xidmət edən, vəzifəsini məsüliyyətlə icra edən məmurlara qarşı qarayaxma kampaniyanın təşkilidir. Əlbətdə ki, iş olan yerdə nöqsan qaçılmazdır.

Lakin həmən gözə çarpmayan nöqsanları qarşı tərəfə şər, böhtan kimi istifadə etmək sözün həqiqi mənasında ədalətsizlikdir. Bəli, bu gün ölkənin bütün istiqamətlərində ağacəkmə aksiyası çox sürətlə davam edir. Belə bir təqdirəlayiq işlərin qarşısına sipər kimi çıxmaq və yaxud mətbuata həqiqətə uyğun olmayan məlumatlar ötürmək sözün həqiqi mənasında mövqeyi olmayan, peşəsinə biganə yanaşan şəxslərin düşüncəsidir.

Əgər doğrudanda yuxarıda adı hallanan 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində qeyd olunanlar kimi ciddi nöqsanlar varsa, təbii ki, aidiyyəti qurumlar dərhal araşdırır və yuxarı dairələri məlumatlandırır. Görünən odur ki, bəzi media qrumları heç bir araşdırma aparmadan sübütsüz, dəlilsiz iddialar irəli sürür.

Bir daha diqqətiniz üçün bildirək ki, Prezident İlham Əliyevin, birinci Vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkənin bütün bölgələrində yeni yaşıllıq zonaları salınır, yol kənarları dekorativ ağaclarla bəzədilir. Bütün təqdirəlayiq işləri görməzdən gəlmək qəti olmaz…

DOSYE.ORG

COMMENTS