12 “Taliban” üzvü məhv edilib

12 “Taliban” üzvü məhv edilib

Əfqanıstan Hərbi-Hava Qüvvələri antiterror əməliyyatı keçirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat Baqdis əyalətinin Cavand rayonunda keçirilib.

Aviazərbələr nəticəsində “Taliban” hərəkatının 12 üzvü məhv edilib, 18-i yaralanıb.

Qeyd edək ki, Əfqanıstan prezidenti Əşrəf Qani bundan əvvəl “Taliban”la atəşkəs rejiminin başa çatdığını və hərbi əməliyyatların bərpa olunduğunu bəyan edib.

Dosye.org

COMMENTS