1200 nəfər İŞİD-ə qarşı döyüşəcək

ABŞ hakimiyyəti Suriya sakinlərini İŞİD-ə qarşı hazırlayacaq
Amerika Birləşmiş Ştatları (ABŞ) hakimiyyəti İŞİD-lə mübarizəni davam etdirir.

ABŞ hakimiyyəti İŞİD terror qruplaşması ilə mübarizə aparmaq üçün 1 200 suriyalıya təlim keçməyi planlaşdırır.

“Bu proses və proqramda mümkün qədər iştirak etmək istəyən təxminən 1200 nəfəri müəyyən emtişik” – deyə Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi bildirib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ və Türkiyə hakimiyyəti Suriya müxalifətinə hazırlıq keçirilməsi barədə razılıq əldə etmişdi.

COMMENTS