13 yaşlı oğlan anasına mesaj yazan 27 yaşlı gəncə — 7 bıçaq vurdu

13 yaşlı oğlan anasına mesaj yazan 27 yaşlı gəncə — 7 bıçaq vurdu

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Dosye.org APA-ya istinadən xəbər verir ki, rayonun Azadlıq prospektində ticarət mərkəzinin qarşısında 1992-ci il təvəllüdlü Məmmədov Rəşad Namiq oğlu 13 yaşlı Murad adlı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ona 7 bıçaq zərbəsi vurulub və vəziyyəti ağırdır.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Yeniyetmə saxlanılıb. O, polisə ilkin izahatında bildirib ki, R.Məmmədov anasına mesajlar yazıb.
DOSYE.ORG

COMMENTS