Top.Mail.Ru

15 min Azərbaycan vətəndaşı xaricdən ölkəyə gətirilib

15 min Azərbaycan vətəndaşı xaricdən ölkəyə gətirilib

“15 min Azərbaycan vətəndaşı xaricdən ölkəyə gətirilib”. Modern.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan dövləti ilə Ümumdünya Səhiyyə Təşkilatı  arasında koronavirusla mübarizə sahəsində geniş əməkdaşlıq edir:

“Azərbaycanda koronavirusa qarşı hazırlıq işləri müsbət qiymətləndirilib. Bu günə qədər 15 minə yaxın insan Azərbaycana gətirilib və xüsusi karantin zonalarında yerləşdiriliblər. Aprelin 20-dək Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış dayandırılıb. Bu, beynəlxalq daşımalara aid deyil”.

Onun sözlərinə görə, Azərbaycan dövləti həmişə olduğu kimi bu dəfə də vətəndaşlarının yanındadır.

DOSYE.ORG

COMMENTS