17 yaşlı futbolçu Çempionlar Liqası tarixinə düşdü

17 yaşlı futbolçu Çempionlar Liqası tarixinə düşdü

“Monako”nun futbolçusu Benua Badyaşil Çempionlar Liqasının tarixinə düşüb. Matç.az saytı xəbər verir ki, müdafiəçi avtoqol müəllifi olan ən gənc oyunçu olub.

O, qrup mərhələsinin V turunun hazırda davam edən “Atletiko” ilə görüşünün 2-ci dəqiqəsində öz qapısına qol vurub. 2001-ci il martın 26-da anadan olan Benua 17 yaş 267 günlüyündə Çempionlar Liqasında avtoqol edib.

Ona qədər ən gənc avtoqol müəllifi “Benfika”nın qapıçısı Mille Svilar idi. 2017-ci il oktyabrın 31-də “fərqlənən” qolkiper “Mançester Yunayted”lə görüşdə avtoqola imza atanda 18 yaş 65 günlük idi.

Dosye.org

COMMENTS