17 yaşlı oğlan dəm qazından boğulub öldü

17 yaşlı oğlan dəm qazından boğulub öldü

Qaxda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb.

Rayonun Qaxbaş kənd sakini, Rövşən Kamran oğlu Qurbanov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. R.Qurbanov yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Meyit müayinə olunması üçün məhkəmə tibb ekspertizasına verilib.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

DOSYE.ORG

COMMENTS