Top.Mail.Ru

“190 manat təkcə aprel ayı üçün deyil, 2 aylıq veriləcək“ – Nazir müavini

“190 manat təkcə aprel ayı üçün deyil, 2 aylıq veriləcək“ – Nazir müavini

“İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərə birdəfəlik vəsait (190 manat) təkcə aprel ayı üçün deyil, 2 aylıq veriləcək”.

Dosye.org xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, 600 min vətəndaş hər iki ay üçün 190 manatlıq birdəfəlik vəsaiti alacaq: “Vətəndaş müraciət edərək qeydiyyatdan keçibsə və ona bu vəsait düşürsə, vəsaiti aldığı tarixdən 30 gün sonra onun ikinci ödənişi də həyata keçiriləcək. Bizim sosial tərəfdaşımız olan banklarla əməkdaşlıq çərçivəsində həmin şəxslərə pulsuz bank hesabları açılacaq və hesablarına 190 manatlıq birdəfəlik vəsait köçürüləcək”.  /Report

DOSYE.ORG

COMMENTS