Top.Mail.Ru

2-ci sinif şagirdindən karantin rejimini pozanlara poeziyalı çağırış – VİDEO

2-ci sinif şagirdindən karantin rejimini pozanlara poeziyalı çağırış – VİDEO

Bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirusun sürətlə yayılması dövlətimizi vətəndaşların sağlamlığı və təhlükəsizliyi baxımından ciddi tədbirlər görməyə vadar etməkdədir. Məhz bu tədbirlərin nəticəsidir ki, ölkəmizdə xüsusi karantin rejimini elan edilib, insanların küçəyə çıxması məhdudlaşdırılıb.

Ölkə başçısından tutmuş bütün əlaqədar dövlət qurumlarının rəhbərlərinə qədər hər kəs insanları evdə qalmağa, özlərinin və özgələrinin təhlükəsizliyini bu yolla təmin etməyə səsləyir. Lakin təəssüflər olsun ki, bütün bu çağırışlara rəğmən hələ də xüsusi karantin rejiminin tələblərini pozan, öz sağlamlığına laqeyd münasibət bəsləyən vətəndaşlar mövcuddur.

Moderator.az xəbər verir ki, bu günlərdə Laçın rayon 21 saylı orta məktəbin 2-ci sinif şagirdi İmranlı Zəhra Ayaz qızı xüsusi karantin rejimini pozanlara poeziyalı çağırış ünvanlayıb, onları evdə qalmağa səsləyib. Böyüklərə böyüklüyünü və məsuliyyətini xatırladan həmin video müraciəti oxucularımıza təqdim edirik.

Seymur ƏLİYEV

COMMENTS