2 kq narkotiki poçtla göndərdilər

Polis əməkdaşları Çindən sintetik narkotiklərin böyük partiyasını qəbul edən iki şəxsi Moskvanın şimal-qərbində poçt şöbələrindən birində saxlayıblar.

 
ANS PRESS-in məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yelena Alekseyeva bildirib.
 
O deyib ki, Çindən gələn bağlamada 2 kq sintetik narkotik maddə aşkarlanıb və müsadirə olunaraq götürülüb. Saxlanılan şəxslər 20 yaşlı oğlan və 18 yaşlı qız Moskva sakinləridir.
 
Polis həmçinin saxlananların avtomobilinə də baxış keçirib və 265 qram həşiş, 15 qram marixuana tapılıb. Tutulan şəxslərin yaşayış yerlərindən narkotiklərin laminasiya olunması üçün qablaşdırma materialları, tərəzi və dəzgah götürülüb.
 
Onlar haqqında narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz istehsalı, satışı və böyük ölçüdə istehsalı, qaçaqmalçılıq maddələri üzrə cinayət işi açılıb. 
 
Onun sözlərinə görə, hazırda narkotik maddələrin göndərən şəxslərin axtarışı istiqamətində tədbirlər görülür. 
 

COMMENTS