Bakıda yaranmış avtomobil sıxlığını nəzərə alaraq, paytaxtın bəzi küçələrində günişləndirmə işlər aparılır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, bəzi yerlərdə artıq işlərə başlanılıb.
“H.Əliyev Mərkəzinin qarşısından gələrək “Ramstor” yolötürücüsünün alt hissəsində dönmə əməliyyatı edib yenidən H.Əliyev prospektinə qayıdan nəqliyyat vasitələri üçün yaranan çətinlikləri aradan qaldırmaq məqsədilə genişləndirilmə işi həyata keçirilib. Eyni zamanda Yusf Səfərov küçəsi və Babək prospektindən gələn nəqliyyat vasitələri üçün yaranan maneələri nəzərə alaraq həmin ərazidə yolun hərəkət hissəsi 1 zolağa uyğun genişləndirlib. Bu həmin ərazidə olan sıxlığın aradan qaldırılmasına hesablanıb”, – deyə Pünhan Mürsəliyev bildirib.
Bundan başqa, paytaxtın “20 yanvar” dairəsi adlanan ərazisində genişləndirilmə işlərinə başlanılıb. Pünhan Mürsəliyevin sözlərinə görə, Alı Mustafayev küçəsinin Cavadxan küçəsilə kəsişməsində yerləşən yolötürücüsündən gələn nəqliyyat vasitələri 20 yanvar ərəazisinə daxil olan zaman müəyyən sıxlıq ilə qarşılaşırdı.
“Bunu nəzərə alaraq həmin ərəzidə yerləşən üçbucaq şəklində olan təhlükəsizlik adaları götürülərək genişləndirilmə işlərinə start verilib. Bundan əlavə, həmin hissədə hündürlüyü 50sm olan təkərqaytanlar mərmər səki daşları ilə əvəzlənəcək. Eyni zamanda avtobus və taksi dayanacaqlarının da genişləndirilməsi planlaşdırılır”, – deyə Pünhan Mürsəliyev bildirib.
COMMENTS