200-dən çox polis azərbaycanlı tələbənin qatilini axtarır

200-dən çox polis azərbaycanlı tələbənin qatilini axtarır

Bir həftəyə yaxındır ki, Volqoqradda amansızcasına qətlə yetirilən 17 yaşlı azərbaycanlı tələbənin qatilinin axtarışları davam etdirilir.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. İyunun 13-də gecə saatlarında çoxsaylı bıçaq zərbləri ilə qətlə yetirilən gəncin meyiti Voroşilov rayonu ərazisindən tapılıb. Faktla bağlı cinayət işi başlanılıb. Əməliyyat-axtarış tədbirləri davam etdirilir. Əməliyyat tərbirlərinə Daxili İşlər Nazirliyinin regional şöbəsinin rəisi general-leytenanat Aleksandr Kravçenko şəxsən özü nəzarət edir.

“Şübhəli şəxsin axtarışlarında 200-dən çox polis əməkdaşı iştirak edir”- qurumun mətbuat xidmətindən bildirilib. Onların arasında cinayət axtarış şöbəsinin, DYP-nin, post-patrul xidmətinin əməkdaşları, kinoloqlar və sahə müvəkkilləri var. Qatilin axtarışları gecə-gündüz davam edir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qatilin əlamətlərini də açıqlayıblar: Yaşı təxminən 25, boyu 170-175 santimetrdir, arıq bədən quruluşludur. Hadisə baş verən gün əynində kapşonlu köynək, şalvar brici, ayağında açıq rəngli krassovka, başında kepka, üzündə tibbi maska olub.

Azərbaycanlı tələbənin qatilini tanıyan, onun yerini bilən, bu barədə polisə məlumat verən şəxsə 1 milyon rubl söz verilib. Mükafat veriləcək şəxsin tam məxfiliyinə təminat vəd edilib.(Virtualaz.org)

DOSYE.ORG

 

COMMENTS