Ötən bir ildə Suiryada 20 mini dinc sakin olmaqla, 55 mindən artıq insan həyatını itirib
Mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Haqlarını Müşahidə Mərkəzi (MİRSAD) 2015-ci ildə Suriyada baş verən insan itkiləri ilə bağlı illik hesabat yayıb. Qurumun rəsmi məlumatına görə, ötən bir il ərzində Suriyada 55 min insan ölüb.
2015-ci il 1 yanvar-31 dekabr arasındakı dövrü əhatə edən hesabat dönəmində 55 219 nəfərin öldüyü qeyd olunur. Hesabatda vurğulanır ki, ötən bir ildə Suriyada ölənlərin 20 min 977 nəfəri mülki insanlar olub. Eyni zamanda onların 2574 nəfəri uşaq, 1944 nəfəri yaşı 18-dən çox olan qadınlar olub. Suriyada ötən bir il ərzində öldürülənlərin 7728 nəfəri islamçı qruplaşmaların üzvü, 70 nəfər isə müxalif döyüşçü olub.
2015-ci ildə aparılan savaşlarda Suriyanın hökumət qüvvələri 8819 nəfər itki verib. Bundan başqa, Milli Müdafiə Qüvvələri, Bəəs briqadaları, Xalq Komitələri, Millətçi Cəmiyyət Partiyası, Liva İskəndərun Xalq Qurtuluş Cəbhəsi, “Şəbbiha” kimi Suriya dövlətinə bağlı qüvvələr də 7275 nəfər itki verib.
Eyni zamanda Hizbullah 378 nəfər döyüşçü, İrandan gələn hərbçilər, ərəb şiə könüllüləri, Fələstin Qüds briqadaları və Suirya hökumətini dəstəkləyən ərəb əsilli savaşçı qruplar 1214 nəfər itki verib.
Hökumətə qarşı savaşan İŞİD, Nusra Cəbhəsi, Şam Orduları, Əqsa Ordusu, Türkmənistan İslam Partiyası qruplaşmalarına üzv olan ərəb, avropalı, amerikalı, avstraliyalı olmaqla, müxtəlif millətlərdən 16212 nəfər öldürülüb. 274 nəfərin isə kimliyi və hansı qruplaşmaya mənsub olduğu müəyyən edilməyib.
COMMENTS