Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux bu gün Türkiyədə rəsmi səfər edəcək.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fəxrəddin Altun məlumat yayıb.
Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq və ikitərəfli münasibətlər nəzərdən keçiriləcək.
F.Altun bildirib ki, bu gün Türkiyə Prezidenti İqamətgahında keçiriləcək danışıqlarda iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün atılacaq addımlar, beynəlxalq və regional məsələlər müzakirə olunacaq.
“Monqolustandan ölkəmizə dövlət başçısı səviyyəsində 21 ildən sonra baş tutacaq səfər ortaq irsimiz olan türk və monqol xalqları arasında dostluq münasibətlərinin daha da inkişafına kömək edəcək”, – F.Altun bildirib.
COMMENTS