22 yaşlı tələbə qız buraxılış imtahanına həftələr qalmış faciəli şəkildə öldü

22 yaşlı tələbə qız buraxılış imtahanına həftələr qalmış faciəli şəkildə öldü

Nyu-York şəhərində 22 yaşlı tələbə faciəli şəkildə ölüb.

Dosye.org New York Post-a istinadən xəbər verir ki, Sidni Monfris buraxılışa bir neçə həftə qalmış xatirə şəkli çəkdirmək üçün təhsil aldığı Fordem universitetinin hündürlüyü 12 metr olan qülləsinə çıxıb.

Sidni səhər tezdən dostları ilə birlikdə dar pilləkənlə qüllənin başına çıxıb. “İnstagram” hesabında paylaşmaq üçün selfi çəkərkən müvazinətini itirərək aşağı yıxılıb.

Gənc qız aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Sidni Jurnalistika fakultəsinin tələbəsi idi. O, “InStyle” nəşrində təcrübə keçirdi.

DOSYE.ORG

COMMENTS