Top.Mail.Ru

26 ildir “atəşkəs” olsa da, atəş kəsilmir

26 ildir “atəşkəs” olsa da, atəş kəsilmir

Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 26 il ötür.

Modern.az xəbər verir ki, 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış «Bişkek protokolu» mayın 12-də qüvvəyə minib. Cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.

Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib.

Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb. Amma bu gün də cəbhədə hər gün atəş səsləri eşidilir. Yenə də əsgərlərimiz düşmən gülləsindən həlak olur.

COMMENTS