3 cinayətkar dəstə ifşa edildi – Əməliyyatın videosu

3 cinayətkar dəstə ifşa edildi – Əməliyyatın videosu

Son 20 gündə 38 nəfər saxlanılıb, 174  kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat xidmətindən DOSYE.ORG-a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən silsilə əməliyyatlar zamanı 3 mütəşəkkil dəstə ifşa edilib.  Qanunsuz dövriyyədən psixotrop maddə, elektron tərəzilər, 6 min ədəd ekstazi və metadon həbi çıxarılıb.

Əməliyyatlar zamanı saxlanılan şəxslərdən Malik Ağayev, Kənan Cəfərov, tanışı Alışan Qədirov, Ramil Kərimov və Samir Mahmudov ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olublar. Onlardan Yevlax rayonunda saxlanılan Ramil Kərimovun Gəncə-Qazax regionunda narkotik vasitələrin paylanmasını təşkil edən əsas şəxslərdən biri olduğu müəyyən edilib. Ramil Kərimov diqqət çəkməmək üçün narkotik vasitələri Yevlax rayonunda yerləşən qəbirstanlıqda gizlədib. Astara rayonunda 40 kiloqram narkotik vasitə ilə saxlanılan Malik Ağayevin isə külli miqdarda  heroin, metamfetamin və marixuananı İranda yaşayan narkotacirin əmri ilə satmaq məqsədi ilə paytaxt ərazisinə göndərməyi planlaşdırdığı müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

COMMENTS