Top.Mail.Ru

3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsi ilə bağlı məlumat həqiqəti əks etdirmir

3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsi ilə bağlı məlumat həqiqəti əks etdirmir

Dosye.org saytında “Generalın DİQQƏTİNƏ: Ağsuda “Mero” rəisi bazar açıb” başlıqlı məqalə dərc etmişdik.

Nəzərinizə çatdıraq ki, məlumat saytımızın elektron ünvanına daxil olduqdan sonra yayimlanmışdır. Lakin sonradan əməkdaşlarımızın apardığı araşdırmalar məlumatın həqiqətə uyğun olmadığını isbatladı. Azərbaycan polisi işini mükəmməl bilən və eyni zamanda asayışımızı ləyaqətlə qoruyan orqandır. Bütün bunları nəzərə alıb saytımızda yayımlanan tənqidi məqalə xəbərdən silinir və eyni zamanda BDYPİ-nin rəisi cənab Ramiz Zeynalovdan üzür istəyirik.

DOSYE.ORG

COMMENTS