31 yaşlı Elmar keçmiş arvadını və onun qardaşını niyə öldürmək istəyib?

31 yaşlı Elmar keçmiş arvadını və onun qardaşını niyə öldürmək istəyib?

Arvadını və qaynını bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb. Onun həbs müddəti artırılıb

Musavat.com xəbər verir ki, Qırxlarov Elmar Mərdan oğlu Binəqədi rayonunda keçmiş arvadı və qaynına 9 bıçaq zərbəsi vurub.

Onun barəsində açılan cinayət işi üzrə istintaq davam edir. Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatına əsasən E.Qırxlarov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb.

E.Qırxlarova Cinayət Məcəlləsinin 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə 31 yaşlı Elmar 21 yaşlı Ayşən Qırxlarova və onun 25 yaşlı qardaşı İlkin Mənsimliyə bir neçə bıçaq zərbəsi endirib.

E.Qırxlarov A.Qırxlarovanın keçmiş əridir. Qadın onu tərk edərək, qardaşı ilə yaşayıb. Qırxlarov keçmiş həyat yoldaşını geri qaytarmaq üçün İ.Mənsimlinin evinə gəlib, lakin müqavimət göstərən qadına bıçaqla hücum edib. Onun hadisəyə müdaxilə edən qardaşını da yaralayıb.

DOSYE.ORG

COMMENTS