35 saylı polikilinkada “COVİD-19” posportu satılır?

35 saylı polikilinkada “COVİD-19” posportu satılır?

Redaksiyamıza Binəqi rayonunda fəaliyyət göstərən 35 saylı polikilinka ilə şok doğuracaq məlumatlar daxil oldu.

Belə ki, “COVİD-19” pasportu alan şəxslər 150-200 manat civarında pul ödəməli olublar. Yəni, 1-ci və 2-ci doza vurdurmayan şəxslər tibb bacisi vasitəsilə məsüliyyətdən yayınıb. Adı hallanan polikilinkada vəziyyət o həddə çatıb ki, istənilən bölgədən gəlib pul hesabına posportu əldə edə biliblər.

Bu işdə canfəşanlıq edən tibb bacısı Cavadova Naidə Sovet qızının adı daha çox hallanır. Məhz onun vasitəsi ilə polikilinkanın həkimi Vüsalə adlı şəxs “Ayişə 2” parolu ilə vətəndaşları yola salırmış. Bunun muqabilində 200 manat həkimin aldığı bildirilir.

Bununla bağlı səs yazıları və wahcap yazışmaları fakt kimi redaksiyamıza təqdim edilib. Hətta daha bir tibb bacısı Könül xanımın adı da məlumatlar sırasındadır.

DOSYE.ORG olaraq məsələ ilə bağlı Baş Prokurorluğa və TƏBİB-ə rəsmi məktub ünvanlanacaq.

COMMENTS