4 hicab məhbusu azadlığa buraxıldı

Oktyabrın 3-də daha 4 hicab məhbusu azadlığa buraxılıb.

 

Azadxeber.net saytının məlumatına görə, hicab məhbusları Bayraməli Vəlişov, Ruhid Abbasov, Xudaverdi Abdullayev və Arif Fətəliyev oktyabrın 3-də cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar. Azadlığa buraxılan şəxslərin həbs müddəti başa çatıb.
Bayraməli Vəlişov, Ruhid Abbasov, Xudaverdi Abdullayev Salyan rayonunda yerləşən 5 saylı (Xələc), Arif Fətəliyev isə 14 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, 2012-ci il oktyabrın 5-də Bakıda Təhsil Nazirliyinin binası qarşısında hökumətin orta məktəblərdə baş örtüyü qadağasına etiraz olaraq etiraz aksiyası keçirilib. Aksiya zamanı polislə qarşıdurma olub, bir neçə nəfərə yaralanıb. Aksiyada 100 nəfərə yaxın insan iştirak edib. Polis xeyli sayda aksiya iştirakçısını həbs edib.

Həmin gün və sonrakı günlərdə aksiyada iştirakda ittiham olunaraq saxlanılan 36 nəfərə cinayət işi açılıb və onlara il yarımdan 6 ilədək müxtəlif müddətlərdə həbs cəzası verilib. Ötən dövrdə hicab aksiyası iştirakçılarından bir qismi azadlığa buraxılıb. İki il həbs cəzası almış daha 4 nəfərin buraxılmasından sonra həbsxanada 13 nəfə hicab məhbusu qalıb.

COMMENTS