Bakıda gecə klubunda baş verən partlayışda bloger Aysel Şükür də xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, onun səhhəti ilə bağlı keçmiş həyat yoldaşı Oqtay Əhmədov məlumat verib.
O instaqramda status paylaşaraq Ayselin yanında olduğunu söyləyib.
“İndi Ayselin yanındayam. Narahat olmayın, hər şey yaxşıdır”, – deyə Oqtay bildirib.
Qeyd edək ki, klubda sosial şəbəkələrdə paylaşdığı videolarla populyarlaşan Aysel Şükürün yaxın dostu Raulun ad günü məclisinin keçirildiyi iddia edilir.
Dostunun doğum günü üçün məkana gələn Ayselin vəziyyəti ağırdır. Bu barədə Raul instaqramda açıqlama verib.
Ayağından yaralanan gənc Şükürovanın vəziyyətinin qənaətbəxş olmadığını bildirib.
Aysel Şükür Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızıdır.
Mətbuatda yazılan məlumata görə, Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Ayselin birinci əri Elşən Əsgərli olub. O, boşanandan sonra Oqtay Əhmədovla ailə qurub.
Qüdrət Şükürov qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərcləməsi barədə də mətbuatda məlumatlar yayılıb.
COMMENTS