41 yaşlı kişi evə gəldi və öz yas mərasimində iştirak etdi

41 yaşlı kişi evə gəldi və öz yas mərasimində iştirak etdi

Braziliyda keçmiş hind kinolarındakına bənzər mənzərə yaşanıb.

Alagoinhas şəhərində Jose Marcos Araujo adlı kişi şəhər xəstəxanasının morqunda ona göstərilən bir cəsədi səhv olaraq 41 yaşlı “moyka” işçisi olan qardaşınınkı hesab edib və polislərə də bu cür məlumat verib. Ölən adamın qardaşı olduğunu düşünən Araujo daha sonra cəsədi xristian ənənələrinə uyğun dəfn etmək üçün anasının evinə aparıb. Evdə cənazə mərasimi keçirildiyi vaxt küçədə gəzən Gilberto isə bir dostundan özünün cənazə mərasiminin keçirildiyini öyrənib. Vəziyyəti aydınlaşdırmaq üçün evə gedəndə isə qohumlardan çoxu şok keçirərək bayılıb, bəziləri isə evdən qaçıb. Anası isə qəzetçilərə açıqlamasında “həyatı boyu bu qədər sevinmədiyini” deyib.

Dosye.org

COMMENTS