46 məhkum Prezident İlham Əliyevə müraciət edib

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 46 məhkum cəzaçəkmə müəssisəsinin rəhbərliyi vasitəsilə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə müraciət edib.

 

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə onlar öz müraciətlərində dövlətimizin yürütdüyü siyasəti, sosial-iqtisadi inkişafı, ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində aparılan və bəhrəsini verən islahatları dəstəklədiklərini, Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yay sessiyasında ölkə başçısının qətiyyətli çıxışını rəğbətlə qarşıladıqlarını vurğulayıblar.

Məhkumlar, o cümlədən aralarında döyüş potensialına malik xeyli gəncin olduğunu və torpaqlarımızın azadlığı uğrunda hər an döyüşə yollanmağa hazır olduqlarını bildiriblər. Müraciətdə həmçinin qeyd olunur:

“Hörmətli cənab Prezident! Əgər Siz Azərbaycanın Dağlıq Qarabağ ərazisində erməni separatçılarının son günlərdə törətdikləri azğınlıqlara qarşı hərb əmri versəniz, bizim də ön cəbhələrdə döyüşməyə hazır olmağımızı nəzərə almağınızı dönə-dönə Sizdən xahiş edirik. Biz daim Sizi dəstəkləyir və uğurlar arzulayırıq!” Ərizə ilə müraciət edənlərin siyahısı:

1. Fətiyev Nazim Kamandar oğlu
2. Əhmədov Qardaş İnqilab oğlu
3. Məmmədov Rafiq Arif oğlu
4. Süleymanov Elxan Pirverdi oğlu
5. Hüseynov Ələkbər Məmmədhüseyn oğlu
6. Hüseynov Zakir Əhməd oğlu
7. Əliyev Əziz Vətən oğlu
8. Vəlişov Fəqani Qədir oğlu
9. Musayev Mirzə Qurban oğlu
10. Musayev Musa Qurban oğlu
11. İmanov Əjdər Əlimusa oğlu
12. Məmmədov Vüsal Əlövsət oğlu
13. Tağıyev Rövşən Məhəmməd oğlu
14. Hüseynov Zabul Habil oğlu
15. Xurşudov Əliqardaş Kazım oğlu
16. Əhmədov Mehdi Adiş oğlu
17. Yarıyev Tələt Qədir oğlu
18. Nəzərov Bəxtiyar Ağasəf oğlu
19. Məmmədov İlkin Nadir oğlu
20. Həsənov Rafiq Baxtı oğlu
21. Əliyev Rövşən Süleyman oğlu
22. Abdullayev Kərəm Müştəba oğlu
23. Azayev Vaqif Emin oğlu
24. Vəlixanov Nəriman Kamil oğlu
25. Şahbazov Zamiq Hüseyn oğlu
26. Şahniyarov İsa Tofiq oğlu
27. Feyziyev Aydın Xanhəsən oğlu
28. Kərimov Elçin Hamlet oğlu
29. Davudov Əliniyaz Kərim oğlu
30. Əzimov İlkin Telman oğlu
31. Məmmədov Şahlar Sabir oğlu
32. Bədəlov Şövqi Rahim oğlu
33. Cəfərov Aydın İsaməddin oğlu
34. İlyasov Həzrətəli Aslan oğlu
35. Mehdiyev Ağa Sabir oğlu
36. Cəfərov Etibar Cəfər oğlu
37. Cəfərov Nəsimi Yaqub oğlu
38. Yaqubov Kamal Yaqub oğlu
39. Şahmarov Saley Valey oğlu
40. Əliyev Elbrus Əmirxan oğlu
41. Məmmədov Əliniyaz Əlihəsən oğlu
42. Abdullayev Yusif Xəlil oğlu
43. Həsənov Ələskər Zahid oğlu
44. Həsənov Bəylər Zahid oğlu
45. Xubaliyev Sərrab Şəkərəli oğlu
46. Əlizadə Samir Rəhim oğlu

COMMENTS