5 saniyəyə 500 evi ÜYÜDƏN MİDA rəhbərliyinə yol qaydası da AİD DEYİLMİŞ…

5 saniyəyə 500 evi ÜYÜDƏN MİDA rəhbərliyinə yol qaydası da AİD DEYİLMİŞ…

Bakıda qaydaları kobud şəkildə pozan dövlət məmuru cərimələnib.

DOSYE.ORG xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a məlumat verilib.

Belə ki, 10-GY-555 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektində yolun əksi istiqamətində hərəkət etdiyi üçün məsuliyyətə cəlb edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində protokol tərtib olunub.

Xatırladaq ki, 10-GY-555 qeydiyyat nişanlı “BMW X7” markalı avtomobil Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədrinin müavini, həmçinin həmin Agentliyin Müşahidə Şurasının sədri vəzifəsində çalışan Çingiz Qədimova məxsusdur.

DOSYE.ORG

COMMENTS