Başqırdıstanın Salavat şəhərində erməniləri güllələyənlərdən biri bu respublikada yaşayan yerli azərbaycanlıdır.
Avropa.info modern.az-a istinadən bildirir ki, bu haqda Rusiya erməniləri ittifaqının Başqırdıstan regional şöbəsinin sədri Arkadi Dalaryan məlumat verib.
Onun sözlərinə görə, indiyədək iki nəfər saxlanılıb:
“Səkkiz şübhəli var, onlardan ikisi bilavasitə atəş açıb, qalanlar isə qaçıblar. Hüquq-mühafizə orqanların onların kim olduqlarını bilir”.
Kriminal dram oktyabrın 29-na keçən gecə baş verib. Maskalı naməlum şəxslər Salavat şəhərinin Şimal küçəsindəki avtoservisə gələrək 7 ermənini güllələyiblər.
Avtoservisin sahibi Artur Sərkisyan başından aldığı güllə yarasından mərkəzi şəhər xəstəxanasında ölüb. A.Voskanyan, T. Voskanyan, S.Qriqoryan, M.Malomyan, A.Avetyan və A.Akulyan (hər üçü reanimasiyadadır) müxtəlif xəsarətlər alıblar.
COMMENTS