7 ölkə İŞİD-ə qarşı birləşir

Daha 7 ölkə İŞİD-lə mübarizə üçün İraqın şimalına silah və sursat göndərib.  Teleqraf.com türk mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Çak Heygel yazılı açıqlama verib.

 

 Onun sözlərinə görə, İŞİD-lə mübarizədə İraq xalqına kömək etmək istəyənlərin sayı durmadan artır.   Ç.Heygel açıqlamasında 7 ölkənin adını da bildirib. Bunlar Albaniya, Kanada, Macarıstan, Danimarka, İtaliya, Fransa və İngiltərədi.

COMMENTS