Top.Mail.Ru

Şamanlar seçkilərdə kimin ABŞ prezidenti seçiləcəyini “müəyyən etdi”…

Şamanlar seçkilərdə kimin ABŞ prezidenti seçiləcəyini “müəyyən etdi”…

“Amerikalılar bir-birləri ilə qarşıdakı dörd il ərzində Oval kabinetin kimin əlinə keçəcəyi mövzusunda mübahisə edirlər. Üstəlik, bir sıra bukmeyker kontorları namizədlərdən birinin qələbəsi üçün mərcləri qəbul edirlər”

dosye.org Bu haqda Rusiya mediasına xəbər verir.
Xatırladaq ki, ABŞ-da prezidentliyə namizədlər hazırkı lider Donald Tramp (Respublikaçılar Partiyası) və Con Baydendir(Demokratik Partiya).
Ancaq bəziləri ABŞ-ın gələcək prezidentinin adını təxmin etməyə cəhd edirkən, digərləri bunu ən qeyri-adi  yollarla anlamağa çalışırlar. Məsələn, müxtəlif rituallar həyata keçirirlər. Amerikalı şamanlar da belə edib. Əsas qurbangahdakı 4 ünsürdən (torpaq, od, su və hava) istifadə edərək bir ayin icra ediblər. Gələcək prezidentin adını “görmək” üçün şamanlar müqəddəs San-Pedro bitkisindən istifadə ediblər. Şamanların  gəldiyi “nəticəyə” görə, qarşıdakı seçkilərdə Donald Tramp qalib gələcək…
DOSYE.ORG

COMMENTS